Ukraynada meymunçiçəyinə ilk yoluxma faktı təsdiqlənib

Tokio, 16 sentyabr , /AJMEDIA/

Ukraynada meymunçiçəyi virusuna ilk yoluxma faktı laboratoriyada təsdiqlənib.
AJMEDIA xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.
“Hazırda xəstə stasionar müalicə üçün tibb müəssisəsinə yerləşdirilib, xəstəliyin yüngül gedişi var”, – məlumatda deyilir.
Ukrayna Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Regional Mərkəzinin apardığı PCR tədqiqatı sayəsində xəstəliyə diaqnoz qoymaq mümkün olub. Hazırda sözügedən hadisə ilə bağlı epidemioloji araşdırma aparılır.
Xəstənin dediyinə görə, meymunçiçəyi xəstələri ilə heç bir əlaqəsi olmayıb və xaricə getməyib. Buna baxmayaraq, xəstəliyin əlamətlərinin görünüşü və epidemioloji anamnezin toplanmasının ilkin nəticələri xəstənin ölkənin böyük şəhərlərindən birində yoluxduğunu göstərir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts