Ukrayna və Azərbaycan uşaqları arasında telekörpü təşkil edilib

Tokio, 7 noyabr , /AJMEDIA/

Ukraynanın Dnepr şəhəri və Azərbaycanın paytaxtı Bakı şəhərində azərbaycanlı və ukraynalı məktəblilər arasında ikinci beynəlxalq telekörpü təşkil edilib.
AJMEDIA xəbər verir ki, tədbirin təşkilatçıları qismində Bakıdakı “Help Ukraine Baku” könüllülər təşkilatının nümayəndələri Lidiya Əliyeva-Şestak və Lyudmila Antonova, həmçinin Dnepropetrovsk vilayətində yaşayan Azərbaycanlılar Konqresinin rəhbəri Nəcəf Əhmədov, Ukrayna tərəfindən— “Dneprovskaya politexnika” Milli Texniki Universitetinin Ukrayna-Azərbaycan mədəni-işgüzar mərkəzinin direktoru Gennadi Onişşenko çıxış ediblər.
Gennadi Onişşenko vurğulayıb: “Çətin vaxtlarda birlikdə olmaq və bir-birini dəstəkləmək çox vacibdir və bu dəstəyin ən böyük nümunəsi uşaqlardır, çünki həqiqət məhz onların dilindən səslənir”.
Telekörpüyə Bakıdan qoşulmuş uşaqlar arasında həm əvvəl Ukraynada yaşayan azərbaycanlı uşaqlar, həm də onların müvəqqəti Bakıya gəlmiş ukraynalı yaşıdları vardı. Onların vəzifəsi öz istedadları vasitəsilə “Müharibə olmasın!” sloqanına münasibət bildirmək idi. Uşaqlar şeirlər söyləyib, rəqs edib, rəsmlər çəkib, öz idman nailiyyətlərini nümayiş etdiriblər.
Karate üzrə beynəlxalq yarışlarda Azərbaycanın nümayəndəsi, beynəlxalq arenada ölkəmizi ləyaqətlə təmsil edərək çoxlu medallar qazanmış Oksana Nakoneçnaya da iştirakçılar arasında idi. Ukraynada Azərbaycan diasporunun nümayəndələri olan, hazırda Bakıda yaşayan uşaqlar Azərbaycanın Zəfər Gününə həsr etdikləri “Şuşa” təsirli rəqsini şövqlə ifa etdilər.
Tədbirin fəxri qonağı Mariya Stadnik telekörpüyə həm Bakıdan, həm də Dneprdən qoşulmuş bütün iştirakçıları dəstəklədiyini bildirdi. “Dneprovskaya politexnika” Milli Texniki Universitetinin rektoru Aleksandr Azyukovski Ukrayna-Azərbaycan dialoquna xidmət edən bu mühüm təşəbbüsü alqışladı.
Tədbirin finalında telekörpünün təşkilatçıları adından iştirakçılara diplomlar və qiymətli hədiyyələr təqdim edildi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts