Ukrayna və Avropanın “sülh planı”nın detalları açıqlanıb

Tokio, 26 aprel, /AJMEDIA/

Ukrayna və Avropa ölkələri Rusiya ilə müharibəni necə bitirmək barədə fikirlərini ABŞ-a çatdırıb. Onlar ABŞ Prezidenti Donald Trampın “sülh planı”na belə cavab veriblər.

AJMEDIA xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, aprelin 23-də Londonda keçirilən görüşdə Ukrayna və Avropa rəsmiləri amerikalılara Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq ideyalarını çatdırıblar.

Nəşr Ukrayna ilə Avropanın birgə sülh planının detallarını açıqlayıb.

Atəşkəs:

Tərəflər havada, quruda və dənizdə tam və qeyd-şərtsiz atəşkəs barədə öhdəlik götürməlidirlər;

Hər iki tərəf dərhal ABŞ və Avropa ölkələrinin iştirakı ilə texniki icraya dair danışıqlara başlayır. Bu, hərtərəfli sülh sazişinin gündəliyinin və şərtlərinin hazırlanması ilə paralel baş verir;

ABŞ-ın rəhbərliyi altında və üçüncü ölkələrin dəstəyi ilə atəşkəs rejiminin monitorinqi;

Rusiya bütün köçkün düşmüş ukraynalı uşaqları qeyd-şərtsiz geri qaytarmalıdır. Bütün hərbi əsirlərin mübadiləsi. Rusiya bütün mülki məhbusları azad etməlidir.

Ukrayna üçün təhlükəsizlik zəmanətləri:

Ukrayna etibarlı təhlükəsizlik zəmanəti alır, o cümlədən ABŞ-dan (NATO Kollektiv Müdafiə Müqaviləsi 5-ci maddəsinə oxşar saziş), NATO-ya üzvlüklə bağlı müttəfiqlər arasında konsensus yoxdur;

Ukrayna müdafiə qüvvələri üçün heç bir məhdudiyyət olmamalı;

Zəmanətçi dövlətlər Avropa ölkələri və qeyri-Avropa ölkələrindən ibarət xüsusi qrup olacaq. Ukrayna ərazisində dost xarici qüvvələrin olmasına, silahlanmasına və əməliyyatlarına heç bir məhdudiyyət qoyulmaması;

Ukraynanın Aİ-yə daxil olması.

Ərazilərlə bağlı sual:

Tam və qeyd-şərtsiz atəşkəs əldə edildikdən sonra ərazi məsələləri müzakirə olunacaq və həll olunacaq;

Qoşunların təmas xətti əsasında ərazi danışıqları başlayacaq;

Ukrayna ABŞ-ın iştirakı ilə Zaporoje Atom Elektrik Stansiyasına, eləcə də Kaxovka SES-nə nəzarəti bərpa edir;

Ukrayna Dnepr boyunca maneəsiz keçid və Kinburn üzərində nəzarət əldə edir.

İqtisadiyyat:

ABŞ və Ukrayna faydalı qazıntılar haqqında sazişi həyata keçirəcək;

Ukrayna tam bərpa olunacaq və maliyyə kompensasiyası alacaq, o cümlədən Rusiyanın suveren aktivləri vasitəsilə, Rusiya Ukraynaya dəymiş ziyanı ödəyənə qədər dondurulacaq;

2014-cü ildən bəri ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar davamlı sülh əldə edildikdən sonra tədricən yumşala və sülh sazişi pozulduğu təqdirdə bərpa oluna bilər.

Xatırladaq ki, bu gün “Reuters” həm də ABŞ-ın “sülh planı”nı dərc edib. Amerika və Ukrayna-Avropa sənədləri bir çox cəhətdən bir-birinə bənzəyir, lakin əhəmiyyətli fərqlər də var.

Xüsusilə, Vaşinqtonun ideyasına görə, Krımı hüquqi müstəvidə Rusiya kimi tanınması məsələsində.

ABŞ-ın planında Ukraynanın NATO-ya üzv olmaq istəyindən əl çəkməsi də nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts