Ukrayna ilə Rusiya arasında növbəti dəfə girovların dəyişdirilməsi prosesi həyata keçirilib

Tokio, 19 iyun , /AJMEDIA/

Ukrayna rus əsgərləri tərəfindən əsir götürülən 5 vətəndaşını azad edib.
AJMEDIA xəbər verir ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Bu gün “5-ə 5” düsturuna əsasən, növbəti mübadilə həyata keçirilib. 5 Ukrayna vətəndaşı vətənə qayıdıb. Sərbəst buraxılanların hamısı mülki şəxslərdir”, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, bundan öncə iyunun 10-da “5-ə 4” düsturuna əsasən, Rusiya ilə məhbus mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts