Ukrayna: Baxmut uğrunda döyüşlər şiddətlənir

Tokio, 11 mart , /AJMEDIA/

Rusiya ordusunun Donetsk vilayətində növbəti hücum əməliyyatları səbəbindən Ukraynanın Baxmut şəhəri uğrunda döyüşlər şiddətlənib.
AJMEDIA Euronews telekanalına istinadla xəbər verir ki, şəhərin qərbində yerləşən Konstantinovka rayonu güclü raket atəşinə tutulub. Döyüşlər Baxmutun infrastruktur obyektlərinə böyük zərər vurub: bir çox binalar, avtomobil və dəmir yolu körpüləri dağıdılıb.
Rusiyanın “Vaqner” qrupunun (özəl hərbi kompaniya) muzdluları şəhərin şərqinə nəzarəti ələ keçirdiklərini elan edib. Ukrayna ordusunun Baş qərargahı isə rusların Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmağa can atdığını, lakin onların qarşısının alındığını bildirib.
Son 24 saat ərzində Rusiya Donetsk vilayəti ərazisinə 29 aviasiya və dörd raket zərbəsi endirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts