Site icon AJMEDIA Azərbaycanca

UEFA növbəti dəfə Azərbaycan klublarına vəsait ayırıb

Tokio, 16 avqust , /AJMEDIA/

2023/2024 mövsümündə Konfrans Liqasında iştirak edən Azərbaycan təmsilçilərinə ödəniş edilib.
AJMEDIA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, vəsait milli assosiasiyanın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.
“Qəbələ”yə 450 000, “Neftçi” və “Sabah” komandalarının hərəsinə isə 100 000 manat pul verilib.
Qeyd edək ki, bölgə təmsilçisi avrokuboklarla erkən vidalaşsa da, paytaxt klubları Konfrans Liqasında mübarizəni davam etdirirlər.

Exit mobile version