UEFA Çempionlar Liqasında 2021/2022-ci il mövsümünün ən yaxşıları müəyyənləşib

Tokio, 31 may , /AJMEDIA/

UEFA Çempionlar Liqasında 2021/2022-ci il mövsümünün ən yaxşıları bəlli olub.
AJMEDIA xəbər verir ki, UEFA turnirin ən yaxşı futbolçusunu, ən yaxşı gənc oyunçunu və rəmzi komandanı açıqlayıb.
“Real”ın heyətində Avropanın ən yaxşısı olan Kərim Benzema mövsümün futbolçusu seçilib. On beş qolla turnirin bombardiri olan fransalının komanda yoldaşı Vinisius Junior gənclər arasında ən yaxşı adına layiq görülüb.
Hər iki futbolçu Çempionlar Liqasının rəmzi komandasına da daxil edilib. Rəmzi heyətdə qapıçı – Tibo Kurtua (“Real”), müdafiəçilər – Endi Robertson, Vircil van Deyk, Trent Aleksander-Arnold (hamısı “Liverpul”), Antonio Rudiger (“Çelsi”), yarımmüdafiəçilər: Luka Modriç (“Real”), Fabinyo (“Liverpul”), Kevin de Bryune (“Mançester Siti”), hücumçular – Kərim Benzema, Vinisius Junior (hər ikisi “Real”) və Kilian Mbappe (PSJ) yer alıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts