UEFA Çempionlar Liqası: “Çelsi” doğma meydanda “Yuventus”u darmadağın edib

Tokio, 24 Noyabr, /AJMEDIA/

Noyabrın 23-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

AJMEDIA xəbər verir ki, turun ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma oynanılıb. Turun ən maraqlı oyunu İngiltərədə olub. “Çelsi” doğma meydanda “Yuventus” klubunu qəbul edib. Gərgin keçən qarşılaşmada London təmsilçisi Turin komandasının qapısından dörd cavabsız top keçirib.

Gün ərzində keçirilən turun digər oyunlarının hesabları aşağıda qeyd olunub:

E qrupu

“Dinamo Kiyev” (Ukrayna) – “Bavariya” (Almaniya) – 1:2;

“Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya)- 0:0.

Qrupdakı vəziyyət: “Bavariya” – 15, “Barselona” – 7, “Benfika” – 5, “Dinamo” – 1.

F qrupu

“Vilyarreal” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 0:2;

“Yanq Boyz” (İsveçrə) – “Atalanta” (İtaliya) – 3:3.

Qrupdakı vəziyyət: “Mançester Yunayted” – 10, “Vilyarreal” – 7, “Atalanta” – 6, “Yanq Boyz” – 4.

G qrupu

“Lill” (Fransa) – “Zaltsburq” (Avstriya) – 1:0;

“Sevilya” (İspaniya) – “Volfsburq” (Almaniya) – 2:0.

Qrupdakı vəziyyət: “Lill” – 8, “Zaltsburq” – 7, “Lill” – 5, “Sevilya” – 6, “Volfsburq” – 5.

H qrupu

“Malmö” (İsveç) – “Zenit” (Rusiya) – 1:1;

“Çelsi” (İngiltərə) – “Yuventus” (İtaliya) – 4:0.

Qrupdakı vəziyyət: “Çelsi” – 12, “Yuventus” – 12, “Zenit” – 4, “Malmö” – 1.

Qeyd edək ki, hələlik “Bavariya” və “Yuventus” ilə yanaşı, “Liverpul”, “Ayaks”, “Mançester Yunayted” və “Çelsi” klublarının da pley-offa vəsiqə qazanması dəqiqləşib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts