Udmurtiyada məktəb faciəsi ilə bağlı matəm elan olunub

Tokio, 26 sentyabr , /AJMEDIA/

Rusiyanın Udmurtiya Respublikasında məktəbdə baş vermiş faciə ilə əlaqədar üçgünlük matəm elan olunub.
AJMEDIA xəbər verir ki, sentyabrın 26-da səhər İjevsk şəhərindəki 88 saylı məktəbdə naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində həlak olanların sayı 13 nəfərə yüksəlib, onlardan yeddisi uşaqdır. Hadisə nəticəsində 21 nəfər, o cümlədən 14 uşaq yaralanıb.
Atəş açan şəxs özünü güllə ilə vuraraq intihar edib. Onun kimliyi hələlik məlum deyil.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts