U-23 Avropa çempionatı: Daha iki güləşçimiz finalda

Tokio, 14 mart , /AJMEDIA/

Daha iki yunan-Roma güləşçimiz Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatının finalına yüksəlib.
AJMEDIA xəbər verir ki, Qurban Qurbanov (72 kq) yarımfinalda Gürcüstan idmançısı Giorgi Çxikvadzeyə, Murad Əhmədiyev (97 kq) isə almaniyalı Lukas Lazoqianisə qalib gələrək qızıl medal uğrunda görüşə vəsiqə qazanıblar.
Daha əvvəl çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Elmir Əliyev yarımfinalda Gürcüstan idmançısı Dmitri Xaçidzeni məğlub edərək finala adlamışdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts