“Twitter”dən təhlükəsiz istifadə qaydaları

Tokio, 17 aprel , /AJMEDIA/

“Twitter” hesabınızın təhlükəsizliyini təmin etmək üçün bəzi məqamlara diqqət yetirin.
AJMEDIA Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, hesaba mürəkkəb şifrənin təyin edilməsi vacibdir. Hərflər, rəqəmlər və xüsusi simvollardan ibarət təxmin edilməsi asan olmayan ən azı 10 simvoldan ibarət mürəkkəb şifrədən istifadə edin. Eyni zamanda, şifrəni nizamlı aralıqlarla (məsələn, hər 3 ayda bir) dəyişdirmək hesabın təhlükəsizliyini qorumaq üçün əhəmiyyətlidir.
İkimərhələli (two-step verification) təsdiqləmə funksiyasını aktivləşdirin. Başqa bir qurğudan “Twitter” hesabınıza daxil olmağa cəhd olunarkən, bu barədə sizin mobil telefonunuza təsdiq kodu daxil olacaq. Yalnız onun sizin tərəfinizdən təsdiqindən sonra başqa bir qurğunun hesabınıza daxil olub-olmamasına icazə vermiş olacaqsınız.
Şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə giriş etməyin. Bu halda kompüterə ziyanverici proqramlar yüklənə və işə düşərək sosial şəbəkə və ya digər hesablara giriş məlumatlarını əldə edə bilərlər. Eyni zamanda, bu kimi ziyanvericilər sosial şəbəkə hesabınızda əlaqəsiz məzmun paylaşmaq funksiyasına malikdirlər.
Giriş məlumatlarınızı daxil etmədən öncə brauzerin ünvan xanasındakı domen adına (twitter.com) diqqət edin. Belə ki, “phishing” adlı texnikadan istifadə etməklə, sizi başqa səhifəyə yönəldərək öz hesab məlumatlarınızı saxta ünvana daxil etmənizə gətirib çıxara bilərlər. Həmçinin e-poçtunuza “Twitter” ilə bağlı göndərilən mesajların “@twitter.com” və ya “@e.twitter.com” domen adlarından gəldiyinə əmin olun.
Üçüncü tərəf proqramlar vasitəsilə istifadəçi adınızı və şifrənizi daxil etməyin.
Kompüterdə mütəmadi olaraq yenilənmiş və lisenziyalı əməliyyat sistemindən, antivirus və veb brauzerdən istifadə etdiyinizdən əmin olun. Eyni zamanda, antivirusdan istifadə edərək kompüterinizi mütəmadi olaraq virus, troyan və digər ziyanvericlərdən skan edin.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts