“Twitter” ödənişli ola bilər

Tokio, 10 noyabr , /AJMEDIA/

“Twitter” sosial şəbəkəsini alan amerikalı sahibkar İlon Musk istifadəçilər üçün ona giriş haqqının tətbiqi barədə düşünür.

AJMEDIA xəbər verir ki, bu barədə Platformer məlumat yayıb.

Vəziyyətlə tanış olan mənbə nəşrə bildirib ki, Musk və onun müşaviri Devid Saks son görüşlərdə bu ideyanı müzakirə ediblər.

Belə ki, planlardan birinə görə, bütün istifadəçilərə məhdud müddət ərzində hər ay Twitter-dən istifadə etmək icazəsi veriləcək, bundan sonra onlar abunə almalı olacaqlar.

O da, qeyd olunur ki, belə bir ideya çətin ki, reallaşsın. Çünki şirkətin əməkdaşları yenilənmiş Twitter Blue abunəsini həyata keçirməklə məşğuldurlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts