Tokio, 10 fevral, /AJMEDIA/
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov Bosniya və Herseqovinada keçirilən 38-ci Sarayevo Qış Festivalının rəsmi açılışında iştirak edib və “Azadlıq ödülü” (Nagrada Sloboda) ilə təltif olunub.
AJMEDIA xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının katibliyindən AZƏRTAC-a verilən məlumata görə, 38-ci Sarayevo Qış Festivalının rəsmi açılışında TÜRKSOY-u Baş katib Düsen Kaseinov və 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı seçilən Türkiyənin Bursa şəhər heyəti təmsil edib.
Festival çərçivəsində Bursanın tanıdılması istiqamətində təqdimatlar olub.