Türkmənistanda parlament seçkilərində səsvermə başa çatıb

Tokio, 26 mart , /AJMEDIA/

Türkmənistanda 7-ci çağırış Milli Məclisə (parlament), həmçinin vilayət, rayon, şəhər xalq şuraları və yerli özünüidarə orqanlarına seçkilərdə səsvermə prosesi başa çatıb.
AJMEDIA xəbər verir ki, səsvermə yerli vaxtla saat 19:00-dək davam edib.
Rəsmi məlumatlara görə, əhalisi 6,2 milyon nəfər olan Türkmənistanda 3 milyon 496 min 475 seçici qeydə alınıb.
Türkmənistanda keçirilən parlament seçkilərində Demokrat Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası, Türkmənistan Aqrar Partiyası və vətəndaşların təşəbbüs qrupları iştirak edib. Ümumilikdə ölkə vətəndaşları Milli Məclisə 125 deputat seçiblər. Qeydə alınmış namizədlərin sayı isə 258 nəfərdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts