Türkmənistan Vahid Tranzit Tarifi üzrə Sazişə qoşulacaq

Tokio, 16 yanvar, /AJMEDIA/

Türkmənistan “Dəmir Yolları Əməkdaşlıq Təşkilatı”nın Beynəlxalq Tranzit Tarifi və Vahid Tranzit Tarifi haqqında sazişlərinə qoşulmaq üzərində çalışır.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Məlumatda Türkmənistan tərəfinin bu sənədlərə qoşulmasının ölkənin nəqliyyat-logistika sisteminin təkmilləşdirilməsinə, tarif məlumatlarının öyrənilməsinə, dəmir yolu tranzit daşımalarının coğrafiyasının genişlənməsinə imkan verəcəyi qeyd edilib.

Beynəlxalq tranzit tarifinə dair müqavilənin iştirakçıları Azərbaycan, Rusiya, Çexiya, Estoniya, Latviya, Litva, Moldova, Ukrayna, Ulan-Bator, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts