Türkmənistan Hava Yolları Moskvaya uçuşları dayandırıb

Tokio, 28 dekabr, /AJMEDIA/

Türkmənistan Hava Yolları Aşqabad-Moskva uçuşlarını 2025-ci ilin yanvar ayının sonunadək dayandırdığını bildirib.

AJMEDIA xəbər verir ki, aviaşirkətin məlumatına görə, “Turkmenistan Airlines” 2024-cü il dekabrın 30-dan 2025-ci il yanvarın 31-dək Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə müntəzəm reysləri ləğv edib.

Uçuşların təxirə salınmasının səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, dekabrın 25-də AZAL-a məxsus “Embraer 190” sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması fonunda bir neçə xarici aviaşirkət Rusiyaya uçuşları dayandırıb. Onların arasında AZAL-ın özü, həmçinin Qazaxıstanın “Qazaq Air”, İsrailin “El Al”, Birləşmiş Ərəb Əmirliklərinin “Flydubai” kompaniyaları da var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts