Türkiyənin Şanlıurfa şəhərində yaşayış binasında partlayış olub

Tokio, 4 dekabr , /AJMEDIA/

Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa şəhərinin Akçakal rayonunda altımərtəbəli yaşayış binasında partlayış baş verib.
AJMEDIA Anadolu Agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində azı 4 nəfər yaralanıb.
Partlayış nəticəsində evlərin tavanları qismən uçub, pəncərələr sınıb, binanın qarşısında dayanan avtomobillərə ziyan dəyib.
Hadisə yerinə polis, xilasetmə qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts