Türkiyənin Fransanın Bulony-Bilankur şəhərindəki baş konsulluğuna hücum olub

Tokio, 13 may , /AJMEDIA/

Türkiyənin Bulony-Bilankurdakı (Boulogne-Billancourt) Baş konsulluğuna hücum olub.
AJMEDIA Fransa mediasına istinadla xəbər verir ki, hücumun PKK tərəfdarları tərəfindən törədildiyi bildirilib. Diplomatik mənbələrin məlumatına görə, mayın 12-də saat 2:30 radələrində (Paris vaxtı ilə) naməlum şəxs tərəfindən baş konsulluğa partlayıcı qurğularla hücum edilib. Hücum nəticəsində baş konsulluğun binasının pəncərəsinə və divarına ziyan dəyib. Fransa hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırmalara başlanıb.
Hücuma görə məsuliyyəti PKK-ya bağlı qruplar öz üzərinə götürüblər.
Xatırladaq ki, bir neçə gün əvvəl Metz şəhərində Mərkəzi Camii türk məscid və mədəniyyət mərkəzinə də “Molotov kokteyli” ilə hücum olub. Şəhər meri hadisə yerinə gedərək bu aktı pisləyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts