Türkiyədə meymunçiçəyi xəstəliyi aşkarlanıb

Tokio, 30 iyun , /AJMEDIA/

Türkiyədə 37 yaşlı bir nəfərdə meymunçiçəyi xəstəliyi aşkarlanıb.
AJMEDIA xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahretin Koca özünün rəsmi tviter səhifəsində açıqlama verib.
İmmun sistemi çatışmazlığı olan xəstənin təcrid edildiyini vurğulayan nazir hazırda bu şəxsin təmasda olduğu insanların araşdırıldığını, başqa bir yoluxma halının aşkarlanmadığını bildirib.
Nazir bu xəstəliyin tənəffüs yolu ilə deyil, yaxın fiziki təmasla keçdiyini xatırladıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts