Türkiyədə “Bayraktar TB3” markalı ən yeni zərbə PUA təqdim ediləcək

Tokio, 27 mart , /AJMEDIA/

Aprelin 27-dən mayın 1-dək İstanbuldakı Atatürk aeroportunda “TEXNOFEST-2023” aviasiya və kosmik texnologiyalar festivalı keçiriləcək. Festivalda Türkiyənin “Baykar” şirkəti “Bayraktar TB3” markalı ən yeni zərbə pilotsuz uçuş aparatını (PUA) təqdim edəcək.
AJMEDIA xəbər verir ki, şirkətdən Anadolu agentliyinə verilən məlumata görə, “Bayraktar TB3” zərbə dronunun test uçuşları bu il başlanacaq.
Qanadları qatlanıb-açılan “Bayraktar TB3” dünyada ilk dəfə qısa uçuş-enmə zolaqlı dəniz gəmilərinə uçma və enmə əməliyyatlarını yerinə yetirə bilən pilotsuz uçuş aparatı olacaq.
“Bayraktar TB3”ün hərəkətlərini həm kəşfiyyat-müşahidə məqsədilə, həm də zərbə endirmək üçün çox böyük məsafələrdən idarə etmək mümkün olacaq. Gözlənildiyinə görə, “Bayraktar TB3” Türkiyənin hərbi potensialının möhkəmləndirilməsinə sanballı töhfə verəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts