Türkiyə və Britaniya liderləri əlaqələri genişləndirməyi müzakirə ediblər

Tokio, 3 dekabr , /AJMEDIA/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
AJMEDIA xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.
Bildirilir ki, telefon danışığında başda ticarət və müdafiə sənayesi olmaqla iki ölkə arasında əlaqələri genişləndirəcək mühüm addımlar müzakirə edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan iki NATO müttəfiqi arasında sağlam düşüncə və strateji yanaşmanın bundan sonra da əlaqələrə hakim olacağına inandığını qeyd edib.
Regional proseslərin dəyərləndirildiyi telefon danışığında Türkiyə dövlətinin başçısı Rusiya ilə Ukrayna arasında danışıqların sürətlə yenidən başlanmasının bütün tərəflər üçün faydalı olduğunu vurğulayıb, Kipr məsələsinin həlli üçün yeni və konkret addımlar atılmasının vacibliyinə diqqəti çəkib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts