Türkiyə və ABŞ Prezidentləri İndoneziyada görüşüblər

Tokio, 15 noyabr , /AJMEDIA/

İndoneziyanın Bali adasında keçirilən G20 (Böyük İyirmilik) ölkələrinin liderlərinin sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Co Bayden arasında görüş keçirilib.
AJMEDIA Anadolu Agentliyinə istinadla xəbər verir ki, ABŞ dövlət başçısı Türkiyə Prezidentinə noyabrın 13-də İstanbulun İstiqlal prospektində törədilən terror aktında dünyasını dəyişənlərə görə başsağlığı verib.
ABŞ Prezidenti “Taxıl dəhlizi”nin yaradılması və bu yolla daşımaların davam etdirilməsi istiqamətində göstərdiyi səylərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü çatdırıb.
Prezident Bayden rəhbərlik etdiyi administrasiyanın Türkiyə ilə ABŞ arasındakı “F16” qırıcıları ilə bağlı prosesi dəstəkləməyə davam edəcəyini bildirib.
Bundan başqa ABŞ dövlət başçısı deyib ki, İsveçin NATO-ya üzvlük məsələsində Türkiyə mühüm rola sahibdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts