Türkiyə “taxıl dəhlizi”nə dair sazişin uzadılması üzərində işləyir

Tokio, 5 mart , /AJMEDIA/

Türkiyə Qara dənizdə martın 18-də başa çatacaq “taxıl dəhlizi”nə dair sazişin uzadılması üzərində işləyir.
AJMEDIA Ukrayna KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərdə BMT-nin konfransında çıxışı zamanı deyib.
“Biz Qara dənizdə “taxıl sazişi”nin problemsiz icrası və daha da uzadılması üzərində çox çalışırıq”, – deyə Çavuşoğlu söyləyib.
Çavuşoğlu, həmçinin qeyd edib ki, o, BMT-nin Baş katibi Antonio Quterreşlə Ukrayna ərzaq məhsullarının ixracına dair sazişin müddətinin uzadılmasını müzakirə edib.
Xatırladaq ki, Ukrayna “taxıl müqaviləsi”nin müddətinin uzadılmasına görə danışıqlara başlamaq üçün Türkiyə və BMT-yə müraciət göndərib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts