Türkiyə Prezidenti: Ədalətsizliyə son qoymaq Azərbaycan Silahlı Qüvvələrinə nəsib oldu

Tokio, 9 avqust , /AJMEDIA/

Təxminən 30 il sürən işğal, qətliam və soyqırımı siyasəti qarşısında təəssüf ki, beynəlxalq ictimaiyyət qanunlara uyğun heç bir təsirli addım atmadı. Azərbaycanlı qardaşlarımız həm işğalın, həm də itkilərin acısı ilə yaşamaq məcburiyyətində qalmışdı. Bu ədalətsizliyə son qoymaq Türkiyənin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinə nəsib oldu. Qırx dörd gündə dastan yaradan mübarizə ilə şükürlər olsun ki, Qarabağ yenidən azadlığına qovuşdu, 30 illik işğal sona çatdı.
AJMEDIA xəbər verir ki, bu fikirləri “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
Mövcud anlaşmalarla Cənubi Qafqazda yeni bir dövrün başladığını, yaranmış tarixi fürsətin boşa getməməsi üçün ciddi səylər göstərdiklərini xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Azərbaycanla birlikdə sıx məsləhətləşmə əsasında ciddi addımlar atıldı. Erməni radikal dairələrinin təxribatlarına baxmayaraq, sülh istiqamətində mühüm yol getdik. Telefon danışığı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla əhəmiyyətli müzakirə apardım. Ermənistanın prosesləri düzgün dəyərləndirərək Türkiyə və Azərbaycanın səmimi çağırışlarına qarşılıq verməsi ilə bölgəmizdə qısa zamanda sabitliyin yaranacağına inanıram.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts