Türkiyə məktəblərində ilk zəng çalınıb

Tokio, 12 sentyabr , /AJMEDIA/

Türkiyə məktəblərində bu gün ilk zəng çalınıb.
AJMEDIA xəbər verir ki, ilk dərs günü təxminən 19 milyon şagird məktəbə gedib. 2022-2023-cü təlim-tədris ili üçün Türkiyənin Milli Təhsil Nazirliyinə bağlı ibtidai və orta təhsil müəssisələrində 1 milyon iki yüz min müəllim dərsə başlayıb.
Təhsil ilinə hazırlıq çərçivəsində məktəblərə 3,1 milyard türk lirəsi məbləğində vəsait ayrılıb.
Qeyd edək ki, Türkiyədə 2022-2023-cü tədris ilinin ilk tətili bu il noyabrın 14-dən 18-dək olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts