Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda 4 terrorçunu məhv edib

Tokio, 2 yanvar, /AJMEDIA/

İraqın şimalındakı Qəndil bölgəsində 4 PKK terrorçusu zərərsizləşdirilib.

AJMEDIA xəbər verir ki, bunu ​Türkiyə Milli Müdafiə Nazirliyi sosial şəbəkədəki rəsmi səhifəsində açıqlayıb.

Qeyd olunur ki, silahlılar Türkiyə Hərbi Hava Qüvvələrinin endirdikləri hava zərbələri nəticəsində məhv edilib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts