Türkiyə adalarda qanunsuz silahlanma ilə bağlı ABŞ və Yunanıstana etiraz notası verib

Tokio, 27 sentyabr , /AJMEDIA/

Türkiyə tərəfi Yunanıstanın Egey dənizindəki adalarda qanunsuz silahlanması ilə bağlı Yunanıstan və ABŞ-a etiraz notaları verib.
AJMEDIA Anadolu Agentliyinə istinadla xəbər verir ki, bununla əlaqədar Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ondan bu qanunsuz fəaliyyətin dayandırılması, adaların hərbiləşdirilməməsi ilə bağlı öhdəliyə əməl etmək tələb olunub.
ABŞ-a verilən notada Egey dənizinin şərqində adaların statusuna riayət edilməsi, silahların statusunu pozmaq üçün istifadə edilməməsi üçün tədbirlər görmək istənilib.
Qeyd edək ki, Yunanıstanın Egey dənizindəki Midilli və Sakız adalarına ABŞ istehsalı olan hərbi texnika yerləşdirməsini təsdiq edən videomateriallar yayılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts