Site icon AJMEDIA Azərbaycanca

Türkiyənin Vitse-prezidenti Azərbaycanın Baş nazirinə məktub ünvanlayıb

Tokio, 8 mart , /AJMEDIA/

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təşəkkür məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, məktubda Kahramanmaraş bölgəsində baş vermiş güclü zəlzələnin ilk saatlarından qardaş Azərbaycan tərəfindən Türkiyə dövlətinə və xalqına göstərilən dəstəyə, nümayiş etdirilən həmrəyliyə görə minnətdarlıq ifadə edilib.

Exit mobile version