Site icon AJMEDIA Azərbaycanca

Türkiyənin Müdafiə Nazirliyi: Xocalı qırğını ürəkləri ağrıdan vəhşilikdir

Tokio, 26 fevral , /AJMEDIA/

Türkiyənin Müdafiə Nazirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb.

AJMEDIA xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin sosial şəbəkələrdə paylaşdığı məlumatda deyilir: “Xocalı qırğını ürəkləri ağrıdan vəhşilikdir. Otuz iki il əvvəl Xocalıda vəhşicəsində qətlə yetirilmiş qardaşlarımızın xatirəsini ehtiramla anırıq. Bütün Azərbaycan xalqının kədərini bölüşürük”.

Nazirliyin məlumatına erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən infoqrafika da əlavə olunub.

Exit mobile version