Site icon AJMEDIA Azərbaycanca

Türkiyənin Kastamonu şəhərində zəlzələ baş verib

Tokio, 2 aprel , /AJMEDIA/

Türkiyənin Kastamonu şəhərində 4,2 bal gücündə zəlzələ baş verib.
AJMEDIA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin 11,83 kilometr dərinlikdə olduğu müəyyən edilib.
İhsanqazi bələdiyyə başçısı Hayati Sağlık Anadolu agentliyinə bildirib ki, rayonda baş verən zəlzələdən sonra heç bir mənfi bildiriş daxil olmayıb.

Exit mobile version