Türkiyənin Hatay şəhərində zəlzələ baş verib

Tokio, 9 noyabr , /AJMEDIA/

Türkiyənin Hatay şəhərinin Kırıkhan rayonunda 4,8 maqnitudalı zəlzələ qeydə alınıb.

AJMEDIA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bakı vaxtı ilə saat 06:32-də qeydə alınan yeraltı təkanların ocağı 8,28 km dərinlikdə olub.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts