Tokio, 25 yanvar , /AJMEDIA/
Türkiyənin Malatya vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.
AJMEDIA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bu gün yerli vaxtla saat 16.04-də meydana gələn zəlzələnin episentri Malatyanın Battalgazi rayonudur.
Ocağı yerin 13,93 kilometr dərinliyində qeydə alınan yeraltı təkanlar ətraf bölgələrdə də hiss edilib.