Türkiyə XİN: Parlament seçkilərinin bütün Azərbaycanda keçirilməsi tarixi əhəmiyyət kəsb edir

Tokio, 2 sentyabr, /AJMEDIA/

Sentyabrın 1-də keçirilən Milli Məclisə seçkilərin qardaş Azərbaycan üçün xeyirlərə vəsilə olmasını diləyirik.

AJMEDIA xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin Azərbaycanda keçirilən Milli Məclisə seçkilərlə bağlı bəyanatında yer alıb.

Bəyanatda deyilir: “Parlament seçkilərinin bütün Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi tarixi əhəmiyyət kəsb edir. Azərbaycan xalqının iradəsini ortaya qoyan bu seçkilərin Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına öz töhfəsini verəcəyinə inanırıq”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts