Tokio, 19 noyabr , /AJMEDIA/
Bu gün erməni terror təşkilatı ARA-nın hücumu nəticəsində 1984-cü il noyabrın 19-da Vyanada öldürülən Birləşmiş Millətlər Təşkilatının Sosial İnkişaf və Humanitar Məsələlər Mərkəzinin direktor müavini Əvnər Ergünün anım gündür.
AJMEDIA xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Əvnər Ergünün anım günü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Xatırladaq ki, erməni terror təşkilatlarının 1970-ci ildən indiyədək xaricdə yaşayan türklərə qarşı etdikləri sui-qəsdlər nəticəsində 31-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə, 58 Türkiyə vətəndaşı qətlə yetirilib.
Bu sui-qəsdlərin əksəriyyəti ASALA və JCAG terror təşkilatları tərəfindən törədilib.