Türkiyə XİN Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə xalqımızı təbrik edib

Tokio, 15 sentyabr, /AJMEDIA/

Can Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan azad olunmasının 106-cı il dönümü münasibətilə azərbaycanlı qardaşlarımızı təbrik edirik.

AJMEDIA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 106-cı ildönümü ilə bağlı paylaşımında bildirilib.

Nazirliyin rəsmi “X” sosial media hesabında edilən paylaşımda müstəqilliyimiz uğrunda mübarizədə canlarından keçən bütün şəhidlərimiz ehtiram və minnətdarlıqla anılıb.

Mesaj Azərbaycan və Türkiyə bayraqları, eləcə də #TekMilletİkiDevlet həştəqi ilə paylaşılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts