Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında 13 terrorçunu zərərsizləşdirib

Tokio, 1 oktyabr, /AJMEDIA/

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında fəaliyyət göstərən terrorçulara qarşı növbəti zərbələr endirib.

Türkiyə Müdafiə Nazirliyindən AJMEDIA-ya bildirilib ki, İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı bölgəsində qadağan olunmuş PKK terror təşkilatının 11 silahlısı, “Barış pınarı” əməliyyatı zonasında isə 2 terrorçu məhv edilib.

Müdafiə Nazirliyi bölgədə terror təhlükəsini tamamilə aradan qaldırmaq və son yaraqlı zərərsizləşdirilənə qədər əməliyyatları davam etdirmək əzmini vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts