Site icon AJMEDIA Azərbaycanca

Türkiyə prezidentinin seçkilərində Ərdoğanın qələbəsi ilə Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ başlayır

Tokio, 29 may , /AJMEDIA/

Mayın 28-də Türkiyədə keçirilən president seçkiləri bütün dünya üçün demokratik seçkilərin mühüm bir nümunəsi oldu. Bu ölkənin hazırda hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyıb Ərdoğan seçkilərdə qalib gələrək növbəti dəfə Türkiyənin prezidenti seçildi. Rəcəb Tayyıb Ərdoğanın qələbəsi bütün türk dünyası ilə yanaşı, Azərbaycanda da böyük sevinclə qarşılandı. Çünki Rəcəb Tayyib Ərdoğan hakimiyyətdə olduğu son illərdə həm Türk dövlətləri ilə, həm də Azərbaycanla dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük diqqət yetirib. Xüsusən Azərbaycan və Türkiyə liderlərinin həyat keçirdiyi siyasət nəticəsində Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri tarixdə olmadığı qədər möhkəmlənib və bütün dünyada təkrarı olmayan yeni bir əməkdaşlıq modelini yaradıb.
Təsadüfi deyil ki, Rəcəb Tayyib Ərdoğanı növbəti dəfə prezident seçilməsi münasibətilə ilk təbrik edən də məhz Prezident İlham Əliyev oldu.
Rəcəb Tayyib Ərdoğan seçkilərdə qələbəsindən sonra xalq qarşısında çıxışı zamanı bu məsələyə xüsusi önəm verərək, onu Prezident İlham Əliyevin ilk təbrik etməsini bütün dünyanın və o cümlədən Türkiyə əhalisinin diqqətinə çatdırdı. Bu, Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun nə qədər sarsılmaz olduğunu göstərməklə yanaşı, bundan sonra daha da möhkəmlənəcəyini deməyə ciddi əsas verir.
Qeyd edək ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrin möhkəmləndirilməsi üçün daim geniş tədbirlər həyata keçirilib.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfəri Türkiyə və Azərbaycan münasibətlərini tamamilə yeni müstəviyə çıxardı. İki ölkə arsında imzalanan Şuşa bəyannaməsi qardaş ölkələr arasında yeni dövrün başlanğıcını qoydu.
Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbəsi isə demyə əsas verir ki, iki qardaş ölkə arasında münasibətlər qarşıdakı illərdə daha da möhkəmlənərək yeni bir mərhələyə qədəm qoyacaq. Rəcəb Tayyib Ərdoğanın ötən gün qələbəsi ilə bağlı xalqa müraciətində “Azərbaycan qazandı, Qarabağ qazandı” söyləməsi də qardaşlıq münasibətlərinin bundan sonra daha da möhkəmlənəcəyini təsdiq edir.

Vüqar Ağayev

Exit mobile version