Site icon AJMEDIA Azərbaycanca

Türkiyə ordusu İraqın şimalında daha 5 terrorçunu zərərsizləşdirib

Tokio, 10 aprel , /AJMEDIA/

Türkiyə ordusu İraqın şimalında PKK terrorçularına yeni zərbələr endirib.

AJMEDIA Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, aprelin 10-da keçirilən əməliyyat nəticəsində daha beş terrorçu zərərsizləşdirilib.

Nazirliyin açıqlamasında, “Şəhidimizin qanı yerdə qalmadı, qalmayacaq!”, – ifadəsi yer alıb.

Aprelin 9-da terrorçuların İraq ərazisində açdığı atəş nəticəndə ağır yaralanan 26 yaşlı çavuş Hikmet Aslan həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib. Şəhid bu gün Niğde vilayətində dəfn olunub.

Exit mobile version