Site icon AJMEDIA Azərbaycanca

Türkiyə klubu azərbaycanlı futbolçunun keçidini açıqlayıb

Tokio, 12 yanvar , /AJMEDIA/

Azərbaycan millisinin futbolçusu Sərtan Taşkın Türkiyənin “Manisa” komandasına keçib.

AJMEDIA klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi I Liqa təmsilçisi ilə 1.5 illik müqaviləyə qol çəkib.

İmzalanma mərasimindən sonra klubun rəsmi saytına danışan futbolçu bunları deyib: “Manisa”ya keçdiyim üçün xoşbəxtəm. Burada yaxşı işlər görmək istəyirəm. Bunun üçün çox çalışacağam”

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Sərtan Taşkının son klubu “Turan Tovuz” olub.

Exit mobile version