Site icon AJMEDIA Azərbaycanca

Türkiyə hərbçiləri 11 terrorçunu zərərsizləşdiriblər

Tokio, 24 Sentyabr, /AJMEDIA/

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatının keçirildiyi bölgədə fəaliyyət göstərən birləşmələri PKK/YPG terror təşkilatına növbəti dəfə ağır zərbə vurublar.

AJMEDIA Türkiyə Milli Müdafiə Nazirliyinə istinada xəbər verir ki, türk ordusu birliklərinin yerləşdiyi əraziyə keçmək istəyən terrorçu qrup zərərsizləşdirilib. Qabaqlayıcı tədbir nəticəsində 11 nəfər PKK/YPG terrorçusu məhv edilib.

Nazirlik həyata keçirilən antiterror əməliyyatının videogörüntülərini də yayıb.

Exit mobile version