Site icon AJMEDIA Azərbaycanca

Türk yurdunun musiqi aləmi

Tokio, 14 sentyabr , /AJMEDIA/

Sentyabrın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Türk yurdunun musiqi aləmi” adlı konsert proqramı təqdim olunacaq.
AJMEDIA xəbər verir ki, Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən konsert proqramında dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (solist Çinarə Heydərova qanun) çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.

Exit mobile version