Türk xalqı Sarıqamış şəhidlərinin anım mərasiminə hazırlaşır

Tokio, 3 yanvar , /AJMEDIA/

Türk xalqı Qars vilayətinin Sarıqamış rayonunda keçiriləcək Sarıqamış şəhidlərinin anım mərasiminə müxtəlif formalarda hazırlaşır.
AJMEDIA xəbər verir ki, Türkiyə Gənclər və İdman Nazirliyi ölkə gənclərinin nümayəndələrini Türkiyənin məşhur “Şərq Ekspres” (Doğu Ekspres) sərnişin qatarı ilə yanvarın 9-da keçirilməsi planlaşdırılan anım mərasiminə aparacaq.
Bu barədə nazir Mehmet Muharrem Kasapoğlu sosial şəbəkə hesabında paylaşım edib.
Ankara-Qars marşrutu ilə hərəkət edəcək qatar İrmak, Kayseri, Sivas, Divriği, Erzincan, Ərzurum stansiyalarını keçəcək. Məqsəd XX ərsin ən ağır insan fəlakətləri sırasında yer alan Sarıqamış faciəsinin acılarını yaddaşlara yazmaq, şəhidlərin ruhuna ehtiram göstərməkdır.
Xatırladaq ki, Osmanlı Ordusu Birinci Dünya müharibəsində – 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 6-dək davam edən Sarıqamış əməliyyatı zamanı mürəkkəb hava şərtləri səbəbindən on minlərlə hərbçisini itirib. Bu ağır fəlakət Osmanlı dövlətinin süqutuna əhəmiyyətli təsir göstərib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts