“Türk Hava Yolları” aviaşirkəti Qazaxıstana xüsusi səfər edəcək

Tokio, 8 yanvar, /AJMEDIA/

“Türk Hava Yolları” (THY) aviaşirkəti Qazaxıstanda baş verən son hadisələrdən sonra THY-nin uçuş heyətinin Almatıda qalan üzvlərini və digər hava yolu şirkətlərinin işçilərini Türkiyəyə gətirmək məqsədilə xüsusi səfər edəcək.

AJMEDIA xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib.

Bildirilib ki, lazımi icazələrin alınmasından sonra bu gecə Qazaxıstanın Almatı şəhərinə səfər edəcək təyyarənin dekabrın 8-i günorta saatlarında İstanbul hava limanına qayıtması planlaşdırılır. Xüsusi reys vasitəsilə 75 nəfərin təxliyə edilməsi gözlənilir.

Qeyd edək ki, “Türk Hava yolları” aviaşirkəti yanvarın 9-na qədər Qazaxıstana olan bütün səfərləri təxirə salıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts