Turizm və Menecment Universitetinin əməkdaşları Yunus Əmrə İnstitutunda olublar

Tokio, 22 sentyabr , /AJMEDIA/

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və mütəxəssis İranə Məmmədcanova Bakıdakı Yunus Əmrə İnstitutunda olublar.
Bu barədə AJMEDIA-ya ATMU-dan bildirilib. Mərkəzin rəhbəri Selçuk Karakılıç onlarla söhbət əsnasında ATMU-nun Türkiyədə fəaliyyət göstərən müxtəlif təhsil müəssisələri ilə davamlı əməkdaşlıq imkanlarının genişlənəcəyinə əminliyini bildirib.
Fikir mübadiləsi şəraitində keçən görüşdə ATMU tələbələrinin fərqli ixtisaslar üzrə beynəlxalq təhsil layihələrində yaxından iştirakı və turizm iaşə obyektlərində istehsalat təcrübəsinə cəlb olunmaları müzakirə predmeti kimi diqqətdə saxlanılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts