Turizm sahəsində qrant alanlar istifadə etmədikləri məbləği geri qaytarmayacaqlar

Tokio, 14 fevral , /AJMEDIA/

“Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nda edilən dəyişikliyə əsasən Azərbaycanda turizm sahəsində keçirilən müsabiqə üzrə qrant alanlar istifadə edilməmiş məbləği donora qaytarmayacaqlar.
AJMEDIA xəbər verir ki, qeyd edilən qaydanın layihə üçün ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ donorun hesabına qaytarılmalı olduğunu göstərilən 6.7-ci maddəsi ləğv edilib.
Bundan əlavə, həmin sənədin 5.6-cı maddəsi də ləğv edilib ki, bununla da layihə üzrə ayrılan qrant vəsaitindən sub-qrantların ayrılmasına yol verilməməsi qüvvədən düşüb.
“Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nda, həmçinin apellyasiya şikayətlərinin verilməsi müddəti də uzadılıb. Bununla bağlı olan 4.12-ci maddə dəyişdirilərək müraciət müddəti 10 gündən 10 iş gününə qaldırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts