Site icon AJMEDIA Azərbaycanca

Tramp administrasiyası Los-Ancelesə göndərilən Milli Qvardiya əsgərlərinin sayını ikiqat artırıb

Tokio, 10 iyun, /AJMEDIA/

ABŞ administrasiyası Los-Ancelesə göndərilən Milli Qvardiya əsgərlərinin sayını ikiqat artırıb.

AJMEDIA xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Şon Parnel məlumat yayıb. Qeyd olunub ki, miqrantların aksiyası ilə bağlı göndərilən Milli Qvardiya əsgərlərinin sayı 4100 olub.

Sözçü bildirib ki, qoşunlar İmmiqrasiya və Gömrük Xidmətini dəstəkləmək və federal hüquq-mühafizə orqanlarına öz vəzifələrini təhlükəsiz şəkildə yerinə yetirməsinə kömək etmək üçün orada olacaq.

Əmr yerli vaxtla bazar ertəsi axşam (Bakı vaxtı ilə çərşənbə günü erkən saatlarda) verildiyi üçün əlavə qoşunların gəlməsi bir və ya iki gün çəkə bilər.

Exit mobile version