Tokio, 15 mart , /AJMEDIA/
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Torpaq çərşənbəsinə (İlaxır çərşənbə) həsr olunmuş videoslayd hazırlayıb.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, videoslaydda Torpaq çərşənbəsi haqqında geniş məlumat verilir.
Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbə qeyd edilir: Su, Od, Yel və sonuncusu olan İlaxır çərşənbəsi – Torpaq çərşənbəsi.
Hər çərşənbə axşamı qeyd olunan çərşənbələrdə hər kəs bir-biri ilə bayramlaşır, evlərdə plov dəmlənir, bayram süfrəsi açılır, tonqal qalanır, səməni cücərdilir və hər kəs müqəddəs çərşənbələri yüksək əhvali-ruhiyyə ilə qarşılayır.
Sonuncu çərşənbə olan Torpaq isə xüsusilə fərqlənir.
Torpaq insan yaradılışının əsas maddi əsası olmaqla bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir.
Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılışı mifindən qaynaqlanır.
Videoslayd kitabxananın instaqram səhifəsində yerləşdirilib.