Tom Kruzun yeni filmi “Titanik”i qabaqlayıb

Tokio, 8 avqust , /AJMEDIA/

“Top Gun: Maverick” filmi ABŞ-ın kinoprakatında ən çox gəlir gətirən filmlər siyahısında “Titanik” dramını geridə qoyub.
AJMEDIA xəbər verir ki, hazırda Tom Kruzun yeni layihəsi daxili bazarda 662 milyon dollar qazanaraq reytinqdə yeddinci yerdədir.
Eyni zamanda, dünyanın ən çox gəlir gətirən filmləri siyahısında “Top Gun: Maverick” hələ də 1,35 milyard dollar nəticə ilə 13-cü sıradadır.
Layihənin elan edilmiş büdcəsi 140 milyon dollardır.
Qeyd edək ki, “Top Gun: Maverick” Tom Kruzun karyerasında ən çox gəlir gətirən filmdir

Follow us on social

Facebook Twitter Youtube

Related Posts