Tokioda yaşayan yaponların sayı tarixdə ilk dəfə azalmağa başlayıb

Tokio, 11 avqust , /AJMEDIA/

Tokio paytaxt rayonunda yaşayan yaponların sayı 2022-ci il yanvarın 1-ə olan son məlumatlara görə tarixdə ilk dəfə azalmağa başlayıb.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Daxili İşlər və Kommunikasiya Nazirliyinin dərc etdiyi hesabatda bildirilir. Qeyd edilir ki, bu, həmin statistikanın aparılmağa başladığı 1975-ci ildən bəri paytaxt regionunda doğum hallarının azaldığını bir daha təsdiq edir.
Nazirliyin ölkə əhalisi haqda yaydığı hesabata əsasən Tokioda və qonşuluqda yerləşən Saytama, Çiba və Kanaqava prefekturalarında yaşayan yaponların sayı 34 min 498 nəfər azalaraq 35 milyon 610 min 115 nəfər olub.
Bununla yanaşı, Yaponiya əhalisinin ümumi sayında da 619 min 140 nəfər azalma qeydə alınıb. On üç il davam edən fasiləsiz azalma nəticəsində əhalinin ümumi sayı 123 milyon 223 min 561 nəfərə enib. Ötən il azalmanın müşahidənin aparılma tarixi boyunca ən çox olduğu bildirilir.
Yaponiyada yaşayan əcnəbilərin də sayında azalma müşahidə olunduğu qeyd edilir. Hesabat dövründə əcnəbilərin sayının 107 min 202 nəfər və ya 3,81 faiz azalaraq 2 milyon 704 min 341 nəfər olduğu deyilir. Buna hələ də davam edən COVID-19 pandemiyasının səbəb olduğu vurğulanır.
Həmçinin Yaponiyada 2021-ci ildə yeni doğulan uşaqların sayının 812 min 36 nəfər təşkil etdiyi bildirilir ki, bunun da altı il davam edən azalma sayında rekord olduğu qeyd edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts