Texasda musiqi festivalı zamanı səkkiz nəfər həlak olub

Tokio, 6 Noyabr, /AJMEDIA/

Texasda “Astroworld Festival” musiqi festivalı zamanı səkkiz nəfər həlak olub, onlarla insan ciddi xəsarətlər alıb.

AJMEDIA xəbər verir ki, bu barədə yerli “Houston Chronicle” nəşri polisə istinadla məlumat yayıb. Faciənin dəqiq səbəbi bilinmir. Lakin nəşrin xəbərinə görə, tədbirdə basırıq yaranıb. İki günlük festivala 50 minə yaxın insan gəlmişdi.

Hadisənin reper Trevis Skotun çıxışı zamanı baş verdiyi bildirilir. Festivalın ikinci günü ləğv olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts